MƏTBUAT ŞURASINA QARŞI İDDİAYA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLƏCƏK

Sabah (02 iyun) Binəqədi rayon məhkəməsində “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin Mətbuat Şurasına qarşı iddiasına əsasən hazırlıq iclası keçiriləcək.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Sərdar Əlibəylinin özü məlumat verib. “Bir müddət öncə Mətbuat Şurası “Nota” qəzetini “reket qəzetlər” siyahısına daxil etdiyi üçün, bu qərarın qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət etmişik. İddia hakim Mirheydər Seyidovun icraatındadır və sabah saat 11.00-da hazırlıq iclası keçiriləcək” – deyən S.Əlibəyli bildirdi ki, iddia Mətbuat Şurasına və qurumun sədri Əflatun Amaşova qarşı qaldırılıb.
Previous Post

JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES BAŞ TUTMADI

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.