SƏHHƏTİ KƏSKİN PİSLƏŞƏN MÜŞFİQ HÜSEYNOV MÜALİCƏ MÜƏSSİSƏSİNƏ YERLƏŞDİRİLİB

“Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovun səhhəti ağırlaşdığından 2 gün əvvəl müalicə müəssisəsinə yerləşdirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Müşfiq Hüseynovun qardaşı oğlu Cavidan Hüseynov məlumat verib. Onun sözlərinə görə, M.Hüseynov bu gün (16 oktyabr) ailəsi ilə telefon əlaqəsi saxlayıb:
     “Müşfiq Hüseynov bildirdi ki, ilk öncə ona səhhəti ilə bağlı 6 ay müalicə kursu təyin olunsa da, müalicə müəssisəsində ona 9 aylıq müalicə kursu təyin ediblər”.
Məsələ ilə  əlaqədar olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidməti ilə  əlaqə saxladıq. Xidmətin özünü təqdim etməyən əməkdaşı bildirdi ki, M.Hüseynovda vərəm xəstəliyinin kəskinləşməsi səbəbilə o, Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb və müalicəsini burada davam etdirəcək.
     Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də şərlənərək həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
 
Previous Post

“AZƏRBAYCAN JURNALİSTLƏRİNİN AZAD HƏMKARLAR KLUBU” İCTİMAİ BİRLİYİ TƏSİS EDİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.