Bu gün (19 oktyabr) “Yeni Müsavat” qəzetinin yazdığına görə, dekabr ayında “NTV” adlı telekanal fəaliyyətə başlayacaq.
Baş direktorluğunu tanınmış aparıcı Nərgiz Cəlilovanın edəcəyi telekanalda şoumen Murad Dadaşovun da strateji statusda təmsil olunacağı gözlənilir. Artıq digər telekanallardan NTV-yə axın və müraciətlər başlanıb. Hakim ailəyə birbaşa yaxınlığı olan yeni kanalda texniki təchizatın dünya standartlarına yaxın, işçilərin məvacibinin isə maksimum olacağı verilən məlumatda əksini tapıb.
NTV kanalının dekabrın 23-də, dövlət başçısı İlham Əliyevin ad günündən bir gün öncə efirə çıxacağı bildirilir.
Qeyd edək ki, Yasamal rayonu ərazisində yerləşən və hazırda əsaslı təmir olunan “Sevil” kinoteatrının yeni açılacaq telekanala veriləcəyi barədə də ictimaiyyət arasında məlumatlar dolaşmaqdadır.
MTRŞ sədrinin köməkçisi isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, yayılmış məlumat həqiqətə uyğun deyil.