MİRZƏ SAKİTİN 50 YAŞI TAMAM OLDU

Bu gün (19 oktyabr) satirik şair Mirzə Sakitin 50 yaşı tamam olur. Hakimiyyətə qarşı sərt tənqidi mövqedən çıxış edən M.Sakit 50 illik həyatının 3 ilini həbsxanada keçirib.

O, 2006-cı ilin iyun ayında narkotik maddə saxlama ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il martın 17-də qüvvəyə minən amnistiya aktı ilə cəzasının qalan hissəsindən azad edilib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) şairi doğum günü münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları hazırlayır.
 
Previous Post

“YENİ MÜSAVAT”: “YENİ TELEKANAL AÇILACAQ”

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIR OLARAQ QALIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.