“YENİ MÜSAVAT”: “YENİ TELEKANAL AÇILACAQ”

Bu gün (19 oktyabr) “Yeni Müsavat” qəzetinin yazdığına görə, dekabr ayında “NTV” adlı telekanal fəaliyyətə  başlayacaq.

Məlumatda bildirilir ki, yeni telekanalın sahibi ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevadır.

Baş  direktorluğunu tanınmış aparıcı Nərgiz Cəlilovanın edəcəyi telekanalda şoumen Murad Dadaşovun da strateji statusda təmsil olunacağı gözlənilir. Artıq digər telekanallardan NTV-yə axın və  müraciətlər başlanıb. Hakim ailəyə birbaşa yaxınlığı olan yeni kanalda texniki təchizatın dünya standartlarına yaxın, işçilərin məvacibinin isə maksimum olacağı verilən məlumatda əksini tapıb.

NTV kanalının dekabrın 23-də, dövlət başçısı İlham Əliyevin ad günündən bir gün öncə efirə çıxacağı bildirilir.

Qeyd edək ki, Yasamal rayonu ərazisində yerləşən və hazırda əsaslı təmir olunan  “Sevil” kinoteatrının yeni açılacaq telekanala veriləcəyi barədə də ictimaiyyət arasında məlumatlar dolaşmaqdadır.

MTRŞ  sədrinin köməkçisi isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, yayılmış məlumat həqiqətə uyğun deyil.
 
 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

MİRZƏ SAKİTİN 50 YAŞI TAMAM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.