NAZİR MÜAVİNİ GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Xarici işlər nazirinin müavini Araz Əzimov gənc fəallar Emin Milli və  Adnan Hacızadənin azadlıqdan məhrum edilməsini pisləyən bəyanatlara münasibət bildirib.

“Media forum” saytına müsahibəsində beynəlxalq təşkilatların və müxtəlif ölkələrin tənqidi bəyanatlarına münasibət bildirən nazir müavini hesab edir ki, məsələni şişirtməyə heç bir əsas yoxdur: “Normal həyatda müxtəlif sahələrdə müxtəlif hadisələr baş verir. Bu məsələyə də bir zaman çərçivəsində baxılmalıdır. Burada nəyisə şişirtmək, yaxud hansısa nöqtədə təzyiqi artırmaq üçün əsas yoxdur. Kimisə həbs ediblərsə, bunun üçün müvafiq prosedurlar var”.

Araz Əzimovun sözlərinə görə, məsələyə Azərbaycanın daxili işi olaraq məhkəmə baxıb və qərar qəbul edib: “Eyni zamanda mən beynəlxalq təşkilatların buna xüsusi diqqətinin şahidi olmamışam”.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN KÖHNƏ CƏRİMƏLƏRİ YENİDƏN GÜNDƏMƏ GƏLİB

Next Post

EYNULLA FƏTULLAYEV 2009-CU İLİN SÖZ AZADLIĞI MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.