Xarici işlər nazirinin müavini Araz Əzimov gənc fəallar Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsini pisləyən bəyanatlara münasibət bildirib.
“Media forum” saytına müsahibəsində beynəlxalq təşkilatların və müxtəlif ölkələrin tənqidi bəyanatlarına münasibət bildirən nazir müavini hesab edir ki, məsələni şişirtməyə heç bir əsas yoxdur: “Normal həyatda müxtəlif sahələrdə müxtəlif hadisələr baş verir. Bu məsələyə də bir zaman çərçivəsində baxılmalıdır. Burada nəyisə şişirtmək, yaxud hansısa nöqtədə təzyiqi artırmaq üçün əsas yoxdur. Kimisə həbs ediblərsə, bunun üçün müvafiq prosedurlar var”.
Araz Əzimovun sözlərinə görə, məsələyə Azərbaycanın daxili işi olaraq məhkəmə baxıb və qərar qəbul edib: “Eyni zamanda mən beynəlxalq təşkilatların buna xüsusi diqqətinin şahidi olmamışam”.