EYNULLA FƏTULLAYEV 2009-CU İLİN SÖZ AZADLIĞI MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Dünən (19 noyabr) Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi 2009-cu ilin Söz Azadlığı mükafatlarını təqdim edib. “Gündəlik Azerbaydjan” və “Realniy Azərbaycan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev də mükafatçılar arasındadır.

“2005-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun iş yoldaşı  Fətullayev təhqiqatçı bir jurnalistdir” – deyə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnianova bildirib. Fətullayev Hüseynovun üstü açılmamış cinayəti ilə bağlı hökumət maneələri barəsində qaldırılmış məsələlərlə əlaqədar məruzələr etdikdən sonra, saxta ittihamlarla səkkiz ildən çox müddətə azadlıqdan məhrum edilib. “Onun yeganə cinayəti jurnalist olmasıdır. Eynulla hökumətin yerinə yetirmədiyi bir işi elədiyinə görə cəzalanır. Yəni redaktorunun qatilini axtarır.”
 

 Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsi təhlükəli və repressiya şəraitində çalışan cəsarətli jurnalistlərə hər il mükafatlar verir.

     Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
 

Previous Post

NAZİR MÜAVİNİ GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Next Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİA İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.