“YENİ MÜSAVAT” QƏZETİNİN KÖHNƏ CƏRİMƏLƏRİ YENİDƏN GÜNDƏMƏ GƏLİB

 “Yeni Müsavat” qəzeti ilə bağlı köhnə məhkəmə qərarları yenidən icraata yönəldilib. Bu barədə Reportyorların Azadlıq Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

O bildirib ki, hələ 2008-ci ildə  prezident İlham Əliyevin göstərişi ilə kütləvi informasiya vasitələrinin borcları, əsasən də “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin məhkəmə cərimələri dondurulmuşdur.

Məhkəmə  Qərarlarının İcrasına Nəzarət İdarəsindən  zənglər və məktublar gəldiyini qeyd edən baş redaktor buna Ali Məhkəmənin sədri Ramiz Rzayevlə bağlı tənqidi məqalələrin səbəb olduğunu bildirib: “Məhkəmə cərimələri ilə bağlı zənglərə cavab olaraq prezidentin tövsiyəsi olduğunu xatırladarkən, bildirilib ki, qəzetimizlə bağlı iddiasını geri götürənlər olsa da, iddiası qüvvədə olanların cərimələri ödənməlidir”.

Baş redaktor problem aradan qaldırılmayacağı təqdirdə  müdafiə tədbirləri görüləcəyini bildirib.

Previous Post

HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİNİN ÇİNGİZ ƏSGƏROVA QARŞI İDDİASI TƏMİN OLUNMADI

Next Post

NAZİR MÜAVİNİ GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.