Dünən (14 dekabr) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyevin “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı xüsusi ittiham qaydasında iddia üzrə hazırlıq prosesi keçirilib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qəzetin baş redaktor müavini Vazeh Bəhramoğlu məlumat verib. O bildirib ki, hakim iddianın icraata qəbul edilməməsi barədə qərar çıxardıb.
Xatırladaq ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev “Gündəlik Bakı” qəzetində 10-17 noyabr tarixlərində yer alan “Saatlıda pul “razborka”sı və icra başçısının həkəti” başlıqlı yazıya görə, Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia ərizəsi ilə müraciət etmişdi.