SAHİBKAR ÖLKƏ RƏHBƏRLİYİNƏ ŞİKAYƏT ETDİYİ ÜÇÜN HƏDƏLƏNDİYİNİ BİLDİRİR

Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayon sakini, 1962-ci il təvəllüdlü birinci qrup əlil Qasımov Məmməd Sadıx oğlu üzləşdiyi problemlə bağlı prezidentə, Muxtar Respublika Ali Məclis sədrinə və başqa vəzifəlilərə şikayət ərizəsi ilə müraciət etdiyinə görə rayon rəhbərliyinin təzyiqi ilə üzləşib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı müxbirlərinə Məmməd Qasımovun özü məlumat verib. O bildirib ki, 16 ildir işlətdiyi şəxsi dükanını 2008-ci ildə “abadlıq işləri” adı ilə söküblər. Sökülən dükanın əvəvzində verilən yerdən narazı olduğu üçün şikayət etməyə başlayıb. “Rayonun rəhbər şəxsləri bundan qəzəblənərək məni ev dustağı ediblər. Hətta  məni ölümlə hədələyirlər” – Məmməd Qasımov deyib.
Məhəmməd Qasımov onu da bildirib ki, onun incidilməsində xüsusi canfəşanlığı rayon icra başçısının birinci müavini Bəxtiyar Mahmudov və onun qardaşı Mehman Mahmudov göstərir. Şikayətçi özünün və ailəsinin həyatına təhlükə hiss etdiyinə görə hüquq mühafizə orqanlarına da müraciət edib.
Məsələ ilə bağlı Sədərək rayon icra hakimiyyətinin şöbə müdiri Yəhya Zeynalov RATİ əməkdaşlarına bildirib ki, Məmməd Qasımov İcra Hakimiyyətinə də şikayət edib və ona bildirilib ki, yaxın gələcəkdə rayonda böyük ticarət mərkəzi inşa ediləcək. Oradan nəinki Məmməd Qasımova, eləcə də digər mağazası sökülənlərə yer veriləcək. Habelə Yəhya Zeynalov Məmməd Qasımovun məsələləri  şişirtdiyini əlavə edib.
Xatırladaq ki, Sədərək rayonunda yerli idarələrdən şikayət edənlərin təzyiqlə üzləşməsi birinci dəfə deyil. Prezidentə şikayət məktubları yazan rayon sakinləri 57 yaşlı Ələsgər İsmayılov və gözdən əlil 75 yaşlı İsmayıl Hüseynov təzyiqlərə məruz qalaraq, onlar  məcburi qaydada Muxtar Respublika Psixi Xəstəliklər Dispanserinə yerləşdirilmişdi.

Previous Post

SEÇKİÖNCƏSİ TƏŞVİQAT DÖVRÜNDƏ TELEKANALLARIN FƏALİYYƏTİ QƏNAƏTBƏXŞ OLMAYIB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.