EYNULLA FƏTULLAYEVİN İŞİNDƏ AZƏRBAYCANI LƏTİF HÜSEYNOV TƏMSİL EDƏCƏK

Avropa İnsan Hüquqları Məhkəməsində “Güdəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işinə baxılması üzrə Azərbaycanı hüquqşünas Lətif Hüseynov  təmsil edəcək. Bu barədə “Turan”  məlumat yayıb.

L. Hüseynov Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik  şöbəsinin rəhbəridir və Azərbaycanı Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsində təmsil edir.
Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsində “Güdəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işinə baxılması üzrə Azərbaycan hökuməti tərəfindən əvvəlcə hakim X. Hacıyevin adı göndərilsə də, o, qeyri-müəyyən səbəbdən imtina edib.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLMƏDİ

Next Post

OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI MÜŞFİQ HÜSEYNOV VƏ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.