“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLMƏDİ

Dünən (14 dekabr) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Saatlı rayon İcra Hakimiyyəti  başçısının müavini İlham Quliyevin “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı xüsusi ittiham qaydasında iddia üzrə hazırlıq prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qəzetin baş redaktor müavini Vazeh Bəhramoğlu  məlumat verib. O bildirib ki, hakim iddianın icraata qəbul edilməməsi barədə qərar çıxardıb.
Xatırladaq ki,  Saatlı rayon İcra Hakimiyyəti  başçısının müavini İlham Quliyev “Gündəlik Bakı” qəzetində  10-17 noyabr tarixlərində yer alan “Saatlıda pul “razborka”sı və icra başçısının həkəti” başlıqlı yazıya görə, Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia ərizəsi ilə müraciət etmişdi.

Previous Post

SAHİBKAR ÖLKƏ RƏHBƏRLİYİNƏ ŞİKAYƏT ETDİYİ ÜÇÜN HƏDƏLƏNDİYİNİ BİLDİRİR

Next Post

EYNULLA FƏTULLAYEVİN İŞİNDƏ AZƏRBAYCANI LƏTİF HÜSEYNOV TƏMSİL EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.