“Nota bene” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu düz bağırsağından əməliyyat olunub.
Bu barədə RATİ-yə məlumatı qəzetin baş redaktoru Sərdar Əlibəyli verib. O, bildirib ki, Topçubaşov adına eksperimental xəstəxanada əməliyyat olunan Allahverdiyev hal-hazırda reanimasiya şöbəsindədir.
Qeyd edək ki, jurnalistin düz bağırsağındakı xəstəliyi həbsxanada olduğu zaman ağırlaşmışdı. Əməliyyatın aparılması üçün bəzi beynəlxalq təşkilatlar jurnalistə maliyyə yardımı ediblər.