İKİ QƏZET MALİYYƏ ÇƏTİNLİYİ İLƏ ÜZLƏŞİB

“Bakı Zaman” qəzeti nəşrini müvəqqəti olaraq dayandırıb.

Bu barədə RATİ-yə məlumat verən “Bakı Zaman” qəzetinin  baş redaktoru Elnur Məhərrəmli bildirib ki, qəzet maliyyə çətinliyi üzündən  nəşr olunmur. Bunun  səbəbini  qəzeti maliyyələşdirən mənbənin kənar təsirlər nəticəsində qəzeti maliyyələşdirməkdən imtina etməsi ilə izah edib. Baş redaktor onu da əlavə edib ki, “problem həll olunmazsa planlaşdırırıq ki, qəzet həftədə bir dəfə analitik  qəzet kimi fəaliyyətini davam etdirsin.

“Hürriyyət” qəzeti də maliyyə ilə əlaqədar nəşrini azaldıb. Gündəlik nəşr olunan qəzet indi həftədə iki dəfə çıxacaq. Qəzetin baş redaktoru Süleyman Məmmədov əməkdaşımızla söhbətində vurğulayıb ki,  “biz özümüz-özümüzü maliyyələşdirirdik. Hal-hazırda maliyyə çətinlikləri ilə üzləşmişik. Qəzeti maliyyələşdirən əlavə bir mənbə olarsa, əvvəllər olduğu kimi nəşrimizi davam etdirəcəyik.

Previous Post

FƏRƏMƏZ NOVRUZOĞLU ƏMƏLİYYAT OLUNUB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN HƏBSİ BİR İL MÜDDƏTİNƏ AZALDILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.