Ukraynanın paytaxtı Kiyevdə Aprelin 6-dan 9-dək keçirilən Ümumdünya Demokratiya Naminə Hərəkatın Beşinci Asambleyasında “Söz Azadlığı: Çətinliklər və Strategiyalar” mövzusunda plenar iclas keçirilmişdir.
İclasda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Azərbaycanda söz azadlığı barədə ətraflı məruzə ilə çıxış etdi. Məruzədə Hüseynov Azərbaycanın son iki ildə düyanın jurnalistlər üçün təhlükəli olan ilk 10 ölkələr sırasına daxil olduğu xüsusi vurğuladı. Hüseynovla yanaşı iclasda Yəməndən, Özbəkistandan, Nepaldan və Tailanddan olan nümayəndələr məruzə ilə çıxış etmişdirlər. Məruzələrdən sonra zaldakı iştirakçılarla məruzəçilər arasında fikir mübadiləsi aparıldı. Plenar iclasın sonunda yaxın gələcəkdə dünyada söz azadlığı sahəsində vəziyəti yaxşıladıracaq birgə atıla biləcək addımlar müzakirə olunub. Ümumdünya Demokratiya Naminə Hərəkatın Beşinci Asambleyasında 70 yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak etmişdir.