YERLİ MEDİANIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNACAQ

“Azadlıq” radiosunun yaydığı məlumata görə, “Azadlıq və Azad Avropa Radioları” Korporasiyasının prezidenti Ceff Gedmin bu gün Bakıya gəlib.

Səfəri zamanı Gedminin hökumət və müxalifət nümayəndələri ilə görüşləri planlaşdırılıb. Bununla yanaşı mətbuat təmsilçiləri ilə görüşdə yerli medianın vəziyyəti müzakirə olunacaq.
    AzərTAc-ın yaydığı məlumata görə, İlham Əliyev Ceff Gedmini qəbul edib. Gedmin bildirib ki, səfərinin əsas məqsədi Azərbaycanda gedən proseslərlə yaxından maraqlanmaqdır. İlham Əliyev isə qeyd edib ki, ölkədə bütün sahələrdə sürətli inkişaf var və bu inkişaf bütün regionları əhatə edir. Əliyevin sözlərinə görə, səfər Gedminə Azərbaycanla yaxından tanış olmağa imkan yaradacaq.
Previous Post

ÜMUMDÜNYA DEMOKRATIYA NAMİNƏ HƏRƏKATIN 5-Cİ ASSAMBLEYASINDA AZƏRBAYCANDAKI SÖZ AZADLIĞI İLƏ BAĞLI PROBLEMLƏR MÜZAKİRƏ OLUNUB

Next Post

İQTİSADÇI BLOQGERLƏR BİRLİYİ GÖRDÜKLƏRİ İŞLƏ BAĞLI MƏLUMAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.