ÜMUMDÜNYA DEMOKRATIYA NAMİNƏ HƏRƏKATIN 5-Cİ ASSAMBLEYASINDA AZƏRBAYCANDAKI SÖZ AZADLIĞI İLƏ BAĞLI PROBLEMLƏR MÜZAKİRƏ OLUNUB

Ukraynanın paytaxtı Kiyevdə Aprelin  6-dan 9-dək keçirilən Ümumdünya Demokratiya Naminə Hərəkatın Beşinci  Asambleyasında “Söz Azadlığı: Çətinliklər və Strategiyalar” mövzusunda  plenar iclas keçirilmişdir.

İclasda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Azərbaycanda söz azadlığı barədə ətraflı məruzə ilə çıxış etdi. Məruzədə Hüseynov Azərbaycanın son iki ildə düyanın jurnalistlər üçün təhlükəli olan ilk 10 ölkələr sırasına  daxil olduğu xüsusi vurğuladı. Hüseynovla yanaşı iclasda Yəməndən,  Özbəkistandan,  Nepaldan və Tailanddan olan nümayəndələr məruzə ilə çıxış etmişdirlər. Məruzələrdən sonra  zaldakı iştirakçılarla məruzəçilər arasında fikir mübadiləsi aparıldı. Plenar iclasın sonunda yaxın gələcəkdə dünyada söz azadlığı sahəsində  vəziyəti yaxşıladıracaq birgə atıla biləcək addımlar müzakirə olunub. Ümumdünya Demokratiya Naminə Hərəkatın Beşinci  Asambleyasında 70 yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak etmişdir.
Previous Post

ƏLİ HƏSƏNOV MİKLOŞ HARAŞTİYƏ AZƏRBAYCANDA SİYASİ PARTİYA YARADIB SİYASƏTLƏ MƏŞĞUL OLMAĞI TÖVSİYƏ EDİR

Next Post

YERLİ MEDİANIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.