Aprelin 9-da "Azadlıq" qəzetinin əməkdaşı Elmin Həsənli Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə aprelin 9-da RATİ-yə Elmin Həsənlinin özü məlumat verib:
"Dünən özünü prokurorluğun əməkdaşı kimi təqdim edən şəxs zəng edərək mənim sabah 10.00-da Baş Polis İdarəsində olmağımı istədi. Söhbətindən belə anlaşılırdı ki, o mənim jurnalist olduğumu da bilmirdi. Əvvəlcə adımı dedi, sonra soyadımı soruşdu. Bu gün təyin edilən vaxtda idarədə oldum. Məni prokurorluğun nümayəndəsi qəbul elədi. Məndən 2 aprel günü orada olmağımın səbəblərini, təşkilatçılar barədə suallar verdi. Mən də jurnalist olduğumu və həmin günü orada bir jurnalist kimi peşə fəaliyyətimi yerinə yetirdiyimi dedim”, – deyə E. Həsənli bildirdi.