“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Aprelin 9-da "Azadlıq" qəzetinin əməkdaşı Elmin Həsənli  Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə  aprelin 9-da RATİ-yə  Elmin Həsənlinin özü məlumat verib:

 "Dünən özünü prokurorluğun əməkdaşı kimi təqdim edən şəxs zəng edərək mənim sabah 10.00-da Baş Polis İdarəsində olmağımı istədi. Söhbətindən belə anlaşılırdı ki, o mənim jurnalist olduğumu da bilmirdi. Əvvəlcə adımı dedi, sonra soyadımı soruşdu. Bu gün təyin edilən vaxtda idarədə oldum. Məni prokurorluğun nümayəndəsi qəbul elədi. Məndən 2 aprel günü orada olmağımın səbəblərini, təşkilatçılar barədə suallar verdi. Mən də jurnalist olduğumu və həmin günü orada bir  jurnalist kimi peşə fəaliyyətimi yerinə yetirdiyimi dedim”, – deyə E. Həsənli bildirdi.

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

SƏBAİL RAYON POLİS İDARƏSİNİN QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİNƏ MƏRUZ QALIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.