REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atasına hədələyici zəngin edilməsini qınayır və bunu jurnalistə qarşı “mənəvi terror”  kimi qiymətləndirir.

            Jurnalistin atası Emin Fətullayevin verdiyi məlumata görə, dünən (10 aprel) saat 06.40 radələrində onun ev telefonuna zəng gəlib, rus dilində danışan qadın özünü Ədliyyə Nazirliyinin işçisi kimi təqdim edərək, Eynulla Fətullayevin öldürüldüyü barədə yalan məlumat verib və yaxın günlərdə jurnalistin valideynlərinin də öldürüləcəyini bildirib. Emin Fətullayev bu barədə polisə zəng  edərək məlumat verib.

 

            RATİ bəyan edir ki, bu cür hədələyici zənglər birbaşa olaraq Eynulla Fətullayevə qarşı yönəlib və onu təzyiq altında saxlamağa cəhddir. Bundan əlavə, zəng edən şəxsin yalandan özünü Ədliyyə Nazirliyinin nümayəndəsi kimi təqdim etməsi bu zəngin təxribat xarakterli olmasını göstərir.

 

            RATİ Azərbaycanın hüquq-mühafizə orqanlarını bu məsələni dərhal araşdırmağa və təqsirkar şəxsləri cəzalandırmağa çağırır. RATİ Azərbaycan hakimiyyətini Fətullayevi dərhal azad etməyə və bununla da söz azadlığı sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırır. RATİ beynəlxalq ictimaiyyəti də Fətullayevin azadlığa buraxılması üçün səylərini artırmağa çağırır.  

 

Previous Post

MƏHBUS JURNALİST EYNULLA FƏTULLAYEVİN AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİB

Next Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.