SƏBAİL RAYON POLİS İDARƏSİNİN QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİNƏ MƏRUZ QALIBLAR

Aprelin 8-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Fərqanə Novruzova, habelə RATİ və  “Turan”  İnformasiya Agentliyinin  əməkdaşı Rasim Əliyev  Səbail rayon  Polis İdarəsinin qabağında  çəkiliş apararkən polislərin təzyiqinə məruz qalıblar.  Qeyd edək ki, jurnalistlər   “Azadlıq” qəzetinin siyasi şərhçisi Natiq Ədilovun polisə çağırılmağı ilə bağlı ərazidə çəkiliş aparırdılar.

Belə ki, iki nəfər polis əməkdaşı jurnalistlərə yaxınlaşaraq onları Polis İdarəsinə aparıb. Polis İdarəsində isə özünü sadəcə rəis kimi təqdim edən 38-40 yaşlarında mülki geyimli kişi jurnalistlərə bildirib ki, Polis İdarəsi  binanın qarşısında foto və video çəkilişin yolverilməzdir və bunun üçün mətbuat xidmətinə müraciət etmək lazımdır. Hər iki jurnalist onlara məxsus jurnalist  vəsiqəsinin surəti çıxarıldıqdan sonra sərbəst buraxılıb. Bundan sonra da polislər          Polis İdarəsinin qarşısında gözləyən digər mətbuat nümayəndələrini – “Azadlıq” qəzetinin əməkdaşı Elmin Həsənli, “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı və digər   jurnalistlər də polislər tərəfindən  itələməklə ərazidən   uzaqlaşdırıblar.

 

Previous Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Next Post

AZADLIQ QƏZETİNİN SİYASİ ŞƏRHÇİSİ TƏXMİNƏN 6 SAAT POLİSDƏ SAXLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.