Daha sonra B. Hacıyevin anası Solidə Mövliyeva və gənc fəalın qardaşı Vüqar Hacıyev hökumətə yaxın KİV-lərə aparılan qara yaxma kampaniyasını pislədilər. Habelə B.Hacıyevin yaxınları azad mediaya və jurnalistlərə, ziyalılara və hüquq müdafiəçilərinə təşəkkürünü bildirdilər. Ailə üzvləri əlavə etdilər ki, adı çəkilən telekanalın yayımladığı təxribat xarakterli, həqiqətə uyğun olmayan süjetlər, Hacıyev barəsində səsləndirilən ifadələrlə bağlı məhkəməyə müraciət edəcəklər.
Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu tədbir “polisin nəzarətində olma” ilə əvəz olunub. Martın 4-də isə Bəxtiyar Hacıyev bir ay müddətinə həbs edilib. 2011-ci il may ayının 18-də isə o Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 18-də isə Gəncə şəhər Nizami rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb.
Hüquq müdafiə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal “facebook” və digər sosial şəbəkələrdə gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təşkil edən qrupun üzvü olduğuna görə həbs olunub.