BƏXTİYAR HACIYEV BARƏSİNDƏ KİV-DƏ APARILAN QARAYAXMA KAMPANİYASI PİSLƏNİLİR

Bu gün (17 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində həbsdə olan gənc fəal Bəxtiyar Haciyevin hüquqlarının müdafiə komitəsi və anası  Solidə Mövliyeva birgə  mətbuat konfransı keçiriblər.

Tədbirdə ilk olaraq çıxış edən gənc fəalın müdafiə komitəsinin sədri Rail Abbasov Hacıyev barəsində “Lider” telekanalının yayımladığı qarayaxma xarakterli  informasiyaların cəmiyyətdə  gənc fəal barəsində yanlış fikirlər  yarada biləcəyini dedi. O adı çəkilən telekanalda və ayrı-ayrı hökumətyönlü qəzetlərdə B.Hacıyeva qarşı aparılan qarayaxma kampaniyasını pislədi.

Daha sonra B. Hacıyevin anası Solidə Mövliyeva və gənc fəalın qardaşı Vüqar Hacıyev hökumətə yaxın KİV-lərə aparılan qara yaxma kampaniyasını pislədilər. Habelə B.Hacıyevin yaxınları azad  mediaya və jurnalistlərə,  ziyalılara  və hüquq müdafiəçilərinə təşəkkürünü bildirdilər. Ailə üzvləri əlavə etdilər ki,  adı çəkilən telekanalın yayımladığı təxribat xarakterli, həqiqətə uyğun olmayan süjetlər, Hacıyev barəsində səsləndirilən ifadələrlə bağlı  məhkəməyə müraciət edəcəklər.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu  tədbir “polisin nəzarətində olma” ilə əvəz olunub. Martın 4-də isə Bəxtiyar Hacıyev bir ay müddətinə həbs edilib.  2011-ci il may ayının 18-də isə  o Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 18-də isə Gəncə şəhər Nizami rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,   2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  “facebook” və digər sosial şəbəkələrdə gənclərin  11 mart “Böyük xalq günü” etiraz aksiyasını təşkil edən qrupun üzvü olduğuna görə həbs olunub.  

Previous Post

“UNİKAL” QƏZETİNİN BAŞ REDAKTORU TEXNİKABANKA QARŞI

Next Post

EMIN MİLLİ TƏHSİL ALMAQ ÜÇÜN XARİCƏ GETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.