Hakim rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu haqda RATİ-yə məlumat verən İsgəndərov qərarı ədalətsiz adlandırıb və qərarın surətini alan kimi Ali Məhkəməyə şikayət edəcəyini bildirib.
Xatırladaq ki, Mehralı İsgəndərov ötən il İTV-nin bölgə müxbiri Əminə Rəhimovanın iddiası əsasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunaraq Yasmal Rayon Məhkəməsinin hakimi Tahir İsmaylovun qərarı ilə bir il müddətinə islah işlərinə məhkum edilmişdi.