SOSİAL ŞƏBƏKƏLƏRDƏ FƏALLIQ EDƏN NAXÇIVANLI GƏNC YOXA ÇIXIB

Bu gün (24 oktyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində RATİ-nin Naxçıvandakı əməkdaşı Elman Abbasov muxtar respublikada insan hüquqları və medianın durumu, habelə son günlər üzləşdiyi təzyiqlərlə bağlı mətbuat konfransı keçirib.

O bildirib ki, Naxçıvanda insan haqları ilə bağlı vəziyyət getdikcə  ağırlaşır.    Belə ki, artıq 20 gündür ki, Cavid  Heydərov adlı gənc fəal barəsində  məlumat yoxdur. C. Heydərov  “Alim Fərəcov “ ləqəbi ilə Facebook sosial şəbəkəsində Naxçıvan xəbərləri  adlı qrup yaradaraq Naxçıvanda olan özbaşınalıqlar, qanunsuzluqlar haqqında məlumatlar və şərhlər yazırdı.  E. Abbasov C. Heydərovun taleyindən narahat olduqlarını bildirərək, onun həbs olunduğunu ehtimal edib. O deyib ki,  tez bir zamanda araşdırma aparılacaq və  Heydərovun  ailəsi ilə görüş olacaq

E. Abbasov həmçinin bildirib ki,  oktyabrın 14-də Türkiyədən gələrkən şəxsi əşyaları Naxçıvan beynəlxalq hava limanının Gömrük İdarəsinin əməkdaşları tərəfindən müsadirə edilib. Jurnalist bunun özünə qarşı  təxribat olduğunu bildirib.

O hesab edir ki, gömrükdə baş vermiş bu  hadisə onun peşə fəaliyyəti ilə bağlıdır. Elman Abbasov  MR Gömrük Komitəsini məhkəməyə verəcəyini bildirib.

Hüquq müdafiəçisi İlqar Nəsibov isə öz çıxışında bildirib ki, son günlər Naxçıvanda  müstəqil hüquq müdafiəçilərinə, haqlarını tələb edən vətəndaşlara qarşı təzyiqlər şiddətlənib. Bu cür hallar Babək rayonunun Nehrəm kəndində daha çox rast gəlinir.

“Hakimiyyət sadə camaatı hüquq müdafiəçilərinin əleyhinə təxribata çəkir. Bizi Naxçıvanda nüfuzdan salmağa çalışırlar”, – İ. Nəsibov əlavə edib. Onun sözlərinə görə, Naxçıvanda insan haqlarının getdikcə pisləşməsi  yaxşı nəticə deyil. “ Naxçıvanda heç kim təzyiqdən sığırtalanmayıb”, – deyə o vurğulayıb.

Previous Post

İNTERNETDƏ PLÜRALİZM VƏ İNTERNETİN İDARƏ EDİLMƏSİ MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN MƏHKƏMƏLƏRİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.