“Qanunsuz olaraq “Xural”» qəzetinin çapına qadağa qoyulub. Bundan sonra biz “ASİ” qəzetini nəşr etdirməyə başladıq. Amma «ASİ»-nin çapına da imkan verilmədi. Qəzeti nəşr edən “E.Q” mətbəəsinin rəhbərinin “ASİ”-nin kommersiya direktoru ilə əlaqə saxlayaraq, qəzetin çapından imtina etdiyini söyləyib. Mətbəə rəhbərliyi bunu Prezident Administrasiyasından verilən tapşırıqla əlaqələndirib”, – deyə qeyd edən A.Mahmudoğlu ona qarşı olan təhdidlə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsində təhqiqata başlandığını da bildirib.
Öz növbəsində K.Bin Əvəz Zeynallının həbsi və “Xural” qəzetinin ətrafında baş verən hadisələri diqqətlə izlədiklərini və nəzarətdə saxladıqlarını bildirib.
Qeyd edək ki, dekabrın 6-da saat 12:54-da “Anar Mahmudoğlunun mobil telefonuna 012 – 514-28-67 nömrəli telefondan zəng edən naməlum şəxs onu və övladlarını öldürməklə təhdid edib.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 4-dən “Xural” qəzetinin kollektivi “Asi” (Azad Söz İnqilabçıları) qəzetinin nəşr etdirmişdi.