20 NOYABR HADİSƏSİNDƏN 18 İL ÖTÜR

Bu gün  1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotunun vurulması nəticəsində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin  həlak olmasından 18 il ötür.

Terror hadisəsi zamanı Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev və digərləri ilə yanaşı, dövlət teleradio şirkətinin əməkdaşları – telejurnalist Alı Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynzadə də terror zamanı həlak olanlar sırasındadır.

1991-ci il  20 noyabr terrorunun erməni tərəfinin törətməsinə şübhə olmasa da, bu günə qədər də hadisənin təfərrüatları tam məlum deyil və günahkarlar cəzasız qalır.

Previous Post

AVROPA İTTİFAQININ “ŞƏRQ TƏRƏFDAŞLIĞI” PROQRAMININ İŞTİRAKÇISI OLAN ÖLKƏLƏRİN VƏTƏNDAŞ CƏMİYYƏTİ FOR

Next Post

HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİNİN ÇİNGİZ ƏSGƏROVA QARŞI İDDİASI TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.