AVROPA İTTİFAQININ “ŞƏRQ TƏRƏFDAŞLIĞI” PROQRAMININ İŞTİRAKÇISI OLAN ÖLKƏLƏRİN VƏTƏNDAŞ CƏMİYYƏTİ FOR

Noyabrın 16-17-də Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin Vətəndaş Cəmiyyəti Forumu keçirilib.

Forumda “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan 6 ölkədən – Azərbaycan, Ermənistan, Belorusiya, Gürcüstan, Moldova və Ukraynadan 240 QHT nümayəndəsi iştirak edib. Azərbaycandan, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, DEVAMM sədri İlqar İbrahimoğlu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İctimai Birliyinin sədri Anar Məmmədli, “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov və digərləri də daxil olmaqla 20-dək QHT qatılıb.
Forumda RATİ sədri Emin Hüseynov Azərbaycanda söz azadlığının və insan haqlarının vəziyyəti ilə bağlı Xarici Əlaqələr və Avropa Birliyi Qonşuluq Siyasətinin komissarı Benita Ferero-Voldner, Avropa və İqtisadi İctimai Komitənin prezidenti Mario Sepi və Avropa Birliyi sədrliyinin nümayəndəsi və İsveçin Xarici İşlər naziri Karl Bildtə məktub təqdim etmişdir.  
Forum iştirakçıları qarşısında Avropa İttifaqı komissarı Benita Ferrero-Valdner və Aİ-də sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt çıxış edib.
Yekun sənəddə Forum iştirakçıları Avropa İttifaqını “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin hökumətlərinin siyasi məhbusları azad etməsinə, insan hüquqlarına riayət etməsinə, azad və ədalətli seçkilər keçirməsinə, söz və toplaşmaq azadlıqlarını təmin etməsinə nail olmağa çağırıblar.
Sənəddə həmçinin “yol xəritəsi” işlənib hazırlanması, proqramın iştirakçısı olan ölkələrlə viza rejiminin ləğv edilməsi, başlanğıc üçün isə pulsuz çoxdəfəlik vizalar verilməsi zərurətindən danışılır.
Avropa komissarı Benite Ferrero-Valdner Forum iştirakçılarını onların bütün tövsiyələrinin nəzərə alınacağına inandırıb.
“Əvvəllər bütün məsələlər yalnız hökumətlər arasında müzakirə olunurdu, indi bunu bilavasitə siz həll edirsiniz. Tövsiyələriniz nəzərə alınacaq. Vətəndaş cəmiyyəti olmadan əməkdaşlıq mümkün deyil. Biz vətəndaş cəmiyyətinə çox ciddi yanaşırıq”, deyə Avropa Komissarı bildirib.

Previous Post

AŞPA AZƏRBAYCANA YENİ HƏMMƏRUZƏÇİ TƏYİN EDİB

Next Post

20 NOYABR HADİSƏSİNDƏN 18 İL ÖTÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.