HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİNİN ÇİNGİZ ƏSGƏROVA QARŞI İDDİASI TƏMİN OLUNMADI

Səbail rayon məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova qarşı iddiası üzrə qətnamə çıxarılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən HMC-nın nümayəndəsi Nurlana Əliyeva bildirib ki, qətnamə noyabrın 9-da onların iştirakı olmadan çıxarılıb və HMC-nin Çingiz Əsgərova qarşı verdiyi iddiası təmin edilməyib.

N.Əliyeva bildirdi ki, qərardaddan apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, HMC Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova sorğuya cavab vermədiyinə görə iddia qaldırmış və informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsini istəmişdi.

Previous Post

20 NOYABR HADİSƏSİNDƏN 18 İL ÖTÜR

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN KÖHNƏ CƏRİMƏLƏRİ YENİDƏN GÜNDƏMƏ GƏLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.