“AVROPA+BAKI” RADİOSTANSİYASINDAN 23 MİN AZN TƏLƏB EDİLİR

“Rabitə bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avropa+Bakı” radiosuna qarşı  1 saylı Bakı Yerli İqtisad Məhkəməsində borcun ödənilməsi tələbi  ilə iddia qaldırıb.

”Rabitə bank”la telefon əlaqəsi saxlasaq da iddianın mahiyyəti barədə RATİ-nin suallarına cavab verilmədi.
“Lent.az” xəbər agentliyinin məlumatına görə isə, 1999-cu ildə “Avropa+Bakı” QSC “Rabitə bank”dan 50 min AZN həcmində illik 30 faizə   kredit götürüb. QSC 9 ildən sonra banka 83 min AZN qaytarıb. “Rabitə bank”ın iddiasına görə, qarşı tərəf daha 23 min AZN ödəməlidir. İddiaya görə, QSC borcu gec qaytardığından kredit faizləri üst-üstə yığılıb və hazırda borcun məbləği 23 min AZN-dir. Hakim Qurban Abbasovun icraatında olan iş üzrə məhkəmə prosesi  davam etdirilir.
“Avropa+Bakı” radiosu ilə də telefon  əlaqəsi saxladıq. Amma radiostansiyadan da  bu barədə heç bir məlumat vermək istəmədilər.
Previous Post

RADİOSTANSİYANIN FƏALİYYƏTİNƏ QANUNSUZ OLARAQ XİTAM VERİLİB

Next Post

“TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU CƏRİMƏ KAMERASINDAN ÇIXARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.