RADİOSTANSİYANIN FƏALİYYƏTİNƏ QANUNSUZ OLARAQ XİTAM VERİLİB

“Avropa+Bakı” radiostansiyası Milli Televiziya və Radio Şurası (MTRŞ)  tərəfindən  məhkəməyə verilib.

Bu barədə RATİ-yə MTRŞ sədrinin köməkçisi  Toğrul Məmmədov məlumat verdi. 
Qeyd edək ki, radiostansiyaya qarşı iddia “Avropa+Bakı” radiostansiyasına 6 illiyə yerli radiostansiya kimi verilmiş  lisenziyanın geri alınması üçün qaldırılıb. MTRŞ 2006-cı ilin dekabrında radiostansiyaya lisenziya verib. Amma  “Avropa+Bakı” radiosunun yayımı MTRŞ-in 2008-ci il dekabr ayının  30-da çıxardığı qərarla dayandırılıb və lisenziyasının geri alınması üçün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edilib.
Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, qanunla lisenziyanın vaxtı bitməyibsə, nə Milli Televiziya və Radio Şurası, nə də Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin radionun fəaliyyətinə xitam verməyə səlahiyyəti yoxdur. “Avropa+Bakı” radiostansiyasını bağlamaq üçün yalnız  məhkəmənin qərarı olmalıdır.
“Media Hüququ İnstitutu”nun rəhbəri Rəşid Hacılı isə bildirdi ki “Avropa+Bakı” radiostansiyası hətta “Teleradio yayımı haqqında” qanunun tələblərini yerinə yetirməsə belə onun fəaliyyətinə  MTRŞ-nin qərarı ilə deyil, məhkəmənin qərarından sonra xitam verilə bilər.
Məsələ ilə bağlı yaranmış suallara “Avropa+Bakı” radiosundan isə cavab vermək istəmədilər.
Previous Post

MÜĞƏNNİ “SPONSOR” SÖZÜNƏ GÖRƏ TƏHQİR OLUNDUĞUNU İDDİA EDƏRƏK JURNALİSTİ MƏHKƏMƏYƏ VERİB

Next Post

“AVROPA+BAKI” RADİOSTANSİYASINDAN 23 MİN AZN TƏLƏB EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.