“TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU CƏRİMƏ KAMERASINDAN ÇIXARILIB

Dünən (21 yanvar) “İşgəncələr Əleyhinə”  Azərbaycan  Komitəsinin sədri Elçin Behbudov 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüb.

Bu barədə RATİ-yə Elçin Behbudov məlumat verdi:  ”Cəzaçəkmə müəssisəsindən mənə bildirdilər ki, yanvar ayının 15-də “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov nəzarətçiyə qarşı  kobudluq etdiyi üçün 15 sutka ərzində cərimə kamerasında saxlanmaqla cəzalandırılıb”.
Elçin Behbudovun sözlərinə görə o, baş redaktorun  vaxtından əvvəl (21 yanvar tarixində o, cərimə kamerasından çıxarılıb) cərimə kamerasından çıxarılmasına nail olub.  E. Behbudov həmçinin baş redaktorun səhhətində ciddi problemlərin olduğunu da bildirdi.
“Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun vəkili Hilal Məmmədov isə iddia edir ki, baş redaktorun cərimə kamerasına  salınmasına göstərilən səbəb bəhanədir: “15 saylı cəzaçəkmə müəssisəsindən bildiriblər ki, guya Novruzəli Məmmədov müəssisənin xüsusi formasını geyinməkdən imtina edib və bu zəmində mübahisə yaranıb. Bu  bəhanədir. 67 yaşlı baş redaktorun cərimə kamerasına  salınmasında məqsəd ona mənəvi əzab verilməsidir. Biz öyrənmişik ki,  Cinayət Məcəlləsinin 274 (vətənə xəyanət) və digər  maddələri ilə azadlıqdan məhrum edilən şəxslərin mənəvi sıxıntı keçirmələri  üçün onları cərimə kamerası ilə tez-tez cəzalandırırlar. Yaşlı və  xəstə bir insanın cərimə kamerasına salınmağı isə yolverilməzdir”.
Xatırladaq ki, N.Məmmədov vətənə xəyanətdə günahlandırılaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“AVROPA+BAKI” RADİOSTANSİYASINDAN 23 MİN AZN TƏLƏB EDİLİR

Next Post

POLİS RƏİSİNİN MÜAVİNİ JURNALİSTLƏRİ MƏHKƏMƏYƏ VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.