HUMAN RAYTS HAUS “AZADLIQ” VƏ “AMERİKANIN SƏSİ” RADİOLARI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRİB

Norveçdə yerləşən, insan haqları ilə məşğul olan “Human Rayts Haus” Təşkilatı (HRHT) “Azadlıq” və “Amerikanın səsi” radiolarının yayımının Azərbaycanda milli tezliklərdə davam etdirilməsi üçün prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda HRHT və imza atan digər 24 təşkilat  MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin “Azadlıq,” BBC və “Amerikanın səsi” radiolarının milli tezliklərdə yayımının 1 yanvar 2009-cu il tarixdən etibarən dayandırılacağı barədə verdiyi bəyanatdan narahat olduqlarını bildiriblər.

Məktubda bildirilir: “Biz inanırıq ki, bu üç beynəlxalq yayımçı obyektiv informasiya verməklə və sosial, iqtisadi, siyasi mövzularda canlı dəyirmi masalar təşkil etməklə Azərbaycanda ictimai debatlara nəzərə çarpan töhfələrini verirlər. Bu üç radiostansiyanın yayımını dayandırmaq onsuz da müxtəliflik baxımından çatışmazlıqla xarakterizə olunan Azərbaycanın media məkanını daha da zəiflədər.”

Məktubda imza atanlar MTRŞ-ni öz qərarını bir daha nəzərdən keçirməyə və “Azadlıq,” BBC və “Amerikanın səsi” radiolarının milli tezliklərdə yayımına icazə verməyə çağırıblar.  

Previous Post

25 NƏFƏR İFEX ÜZVÜ AZƏRBAYCAN HÖKUMƏTİNİ XARİCİ RADİOSTANSİYALARI QADAĞAN EDƏN QƏRARI LƏĞV ETMƏYƏ ÇAĞIRIB

Next Post

FREEDOM HOUSE XARİCİ RADİOLARI BAĞLAMA PLANINI “GERİYƏ DOĞRU ƏSAS ADDIM” ADLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.