MİLAZ.İNFO HƏRBİ SAYTI HÜCUMLAR NƏTİCƏSİNDƏ FƏALİYYƏTİNİ DAYANDIRIB

İyulun 3-ü günorta saatlarından başlayaraq, Cənubi Qafqazda  ilk müstəqil hərbi sayt olan “Milaz.info” saytının fəaliyyəti  hələlik məlum olmayan səbəblərdən dayandırılmışdır. Artıq 4-cü sutkadır ki, sayt açıımır.

Saytın bas redaktoru  Üzeyir Cəfərovun verdiyi məlumata görə, iyulun 3-ü saat 16.00 radələrindən başlayaraq sayta haker hücümları başlanıb və bir saat ərzində saytın fəaliyyəti tamam dayanıb. “Saytın fəaliyyətini təmin edən “NextPoint” MMC və “BİZİMHOST.İNFO” MMC-yə dərhal müraciət olunsa da, səbəbləri  bu günədək araşdıra bilməyiblər. Hər iki MMC baş vermiş hadisəni sayta olan haker hücumları ilə izah edirlər” – deyən Ü.Cəfərov vurğuladı ki, bu qurumlar problemin həll olunmasında səy göstərmirlər.
     Baş  verən hadisəni biz özlərinə və sayta qarşı əsassız təzyiq kimi qəbul etdiklərini deyən Ü.Cəfərov müvafiq dövlət qurumlarından, QHT-lərdən, beynəlxalq təşkilatlardan bu məsələlərə aydınlıq gətirilməsində və problemin aradan qaldırılmasında yardımçı olmalarını xahiş etdi.     
Previous Post

İNFORMASİYA AZADLIĞININ İNKİŞAFI İNSTİTUTU TƏSİS OLUNUB

Next Post

DAXİLİ QOŞUNLARDAN “NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI 4 İDDİA QALDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.