HÖKUMƏT “AZADLIQ” RADİOSUNUN BAKIDAKI OFİSİNİ DƏ BAĞLAYIR?

Yanvar ayının 7-də  “Azadlıq”  və “Bizim yol” qəzetlərində dərc edilmiş xəbərlərə görə, yanvar ayının 6-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunun ofisinə gedib və  radionun telekommunikasiya xətlərini, ötürücülərini kəsməyə cəhd göstəriblər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov isə  RATİ-yə  bildirdi ki, nazirliyin heç bir əməkdaşı  Milli Televiziya və Radio Şurasının xarici radiostansiyaların (“Azadlıq”, “Amerikanın səsi” və BBC) FM tezliklərində yayımının dayandırılmağı barədə  2008-ci il dekabrın 30-da çıxardığı qərarla əlaqədar heç bir radiostansiyanın ofisinə getməyib.
“Azadlıq” radiosunun Bakı bürosundan isə, bu xəbər nə təsdiq, nə də təkzib edildi. Radiodan bildirildi ki,  məsələ ilə bağlı  “Azadlıq və Azad Avropa” radiosunun mərkəzi ofisi xüsusi məlumat yayacaq.  
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 2008-ci il dekabrın 30-da çıxardığı qərara görə, “Azadlıq”, “Amerikanın səsi ” və BBC radiostansiyalarının Azərbaycan ərazisində FM tezliyində yayımı 2009-cu il yanvarın 1-dən dayandırılıb.
Previous Post

SAKİT ZAHİDOVUN HƏYATINA QARŞI NÖVBƏTİ TƏXRİBAT HAZIRLANIR

Next Post

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI 44 ŞİKAYƏT KOMMUNİKASİYA MƏRHƏLƏSİNDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.