Noyabrın 15-də “Azadlıq” qəzetinə yardım marafonuna start verilir

 1

Noyabrın 13-də “Azadlıq” qəzetinin çapının dayandırılması və qəzetin düşdüyü ağır maddi durum ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində dəyirmi masa keçirilib.

 Qəzetin  baş redaktorunun birinci müavini  Rahim Hacıyev qəzeti düşmüş olduğu ağır maliyyə durumundan çıxara bilmək üçün noyabrın 15-i saat 12:00-da Xalq Cəbhəsi Partiyasının yeni ofisində (Tələt Şıxəliyev küçəsi, 8) xeyriyyə marafonuna start verməyi nəzərdə tutduqlarını deyib. 

 R. Hacıyev bildirib ki, bütün məhrumiyyətlərə baxmayaraq, qəzet öz kursundan dönməyəcək və qəzet bağlanarsa belə, mübarizəmiz davam edəcək.

“Qəzetin son dövrdə üzləşdiyi maliyyə çətinliyinin səbəbləri odur ki, qəzetin səyyar satışına qadağa qoyulub, bir neçə məhkəmə yüksək cərimələr barədə qərar çıxarıb. Bank hesabımıza həbs qoyulub, “Qasid” yayım firması qəzetimizə olan 50 min manat borcunu ödəmir və buna görə də biz nəşriyyata olan borcumuzu ödəyə bilməmişik və nəticədə nəşriyyat  qəzetin çapını dayandırıb”, -deyə  Hacıyev qeyd edib.

Tədbirdə çıxış edən ictimai xadimlər, QHT təmsilçiləri, inanclı kəsimin nümayəndələri qəzetə yardım üçün yerli və beynəlxalq ictimaiyyətə çağırışlar ediblər.

 Xatırladaq ki,  12 noyabr 2013-cü il tarixindən  “Azərbaycan”  Nəşriyyatı borclarını ödəyə bilmədiyi üçün qəzetin çapını dayandırıb.

Previous Post

Blogger 9 il azadlıqdan məhrum edildi

Next Post

Sərdar Əlibəyli 4 il azadlıqdan məhrum edildi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.