“AZADLIQ” QƏZETİNİN İNTERNET SƏHİFƏSİ HAKER HÜCUMUNA MƏRUZ QALIB

“Azadlıq” qəzetinin internet səhifəsinə haker hücumu olub.

 Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin müxbiri Natiq Güləhmədoğlu (Ədilov)  məlumat verib. Onun sözlərinə görə, oktyabrın 12-dən 13-nə keçən gecə sayt güclü haker hücumuna məruz qalıb:
”Əvvəllər də belə hücumlar olurdu. Guya sayta eyni vaxtda çoxlu sayda istifadəçi girəndə  server yüklənir və  sayta girişi müvəqqəti olaraq bağlanırdı. Ancaq bu dəfə çox güclü hücum oldu”, – deyə qeyd edən N.Ədilov həmçinin bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
Previous Post

TƏNQİDÇİ WWW.EQREB.COM SAYTINA GİRİŞ BLOKLAŞDIRILIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.