HARAŞTİ ZAHİDOV QARDAŞLARI İLƏ GÖRÜŞÜB

Bu gün ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti, onun müşaviri Ana Karlsrayter, ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Aleksis Şahtaxtinski, ATƏT-in Bakı ofisinin İnsan hüquqları üzrə şöbəsinin rəhbəri Andres Buş, və hüquq müdafiəçisi Elçin Behbudov həbsdə olan jurnalistlərə baş çəkiblər.

Onlar 1 saylı Bayıl İstintaq Təcridxanasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov və 14 saylı Cəzaçəkmə müəssisində saxlanılan həmin qəzetin əməkdaşı, satirik jurnalist Mirzə Sakitlə görüşüblər. Bu haqda RATİ-yə məlumat verən E. Behbudov bildirib ki, “biz hər iki jurnalistlə təxminən bir saatdan çox təklikdə söhbət etdik. Fikirləşirəm ki, hər iki jurnalist bu görüşdən razı qaldılar”. Behbudov görüşlər zamanı konkret olaraq nəyin müzakirə edildiyini deyə bilməyəcəyini söyləyib.
“Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun RATİ-yə bildirib ki, o, dünən axşam Mikloş Haraşti ilə görüşüb. “Dünən axşam əməkdaşımız A. Xəlillə bağlı şou televiziya kanallarında yayımlandıqdan sonra Haraşti mənə zəng etdi. Və biz görüşdük. Bu qeyri-rəsmi görüş etdi. Biz Azərbaycanda jurnalistika,  jurnalistikada olan mədəniyyət, əxlaq, o cümlədən televiziyalarla bağlı fikir mübadiləsi apardıq. Mənə çox təəccüblü gəldi ki, Haraşti bu vaxta qədər “Azadlıq” qəzetinə qarşı olan hücumlar barədə tam xəbərdardır. Cənab Haraşti əməkdaşımız A.Xəlilin döyülməsi, bıçaqlanması və istintaqın gedişi haqqında təsəvvür etdiyimizdən də çox şey bilir”.

Previous Post

“AZADLIQ” QƏZETİ İTTİHAM OLUNDU

Next Post

CONATAN HENİK AQİL XƏLİLLƏ BAĞLI VİDEOSÜJETİ HƏQİQƏTƏ UYĞUN SAYMIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.