TƏLƏBƏ-JURNALİSTİN ALİ MƏKTƏBDƏN QOVULMASI İLƏ BAĞLI AKSİYA KEÇİRİLİB

Bu gün (19 fevral) “Dalğa” Gənclər Hərəkatının bir qrup üzvü Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilmiş tələbə-jurnalist Elmin Bədəlovun hüquqlarının bərpası tələbi ilə dinc etiraz aksiyası keçiriblər.

Saat 15.00-da ADNA-nın əsas və ikinci tədris korpusunun qarşısında təşkil olunan aksiyada “Elmin Bədəlova haqsızlıq dursun”, “Haqsızlığı bizə çatmamış durduraq”, “Azad və güclü təhsil naminə” şüarları səsləndirilib və aksiya 1 saatadək davam edib. Aksiya iştirakçıları etiraz və tələblərini bildirmək üçün akademiya rəhbərliyi ilə görüşməyə cəhd göstərsələr də, təhsil müəssisəsinin gözətçiləri və polis nəfərləri görüş vaxtının saat 14:00-dan 15:30-dək olduğunu bildirərək, onlara içəri daxil olmağa icazə vermədilər. Qeyd edək ki, aksiya saat 15:00-da başlamışdır.  
Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir.  
 
Previous Post

JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.