Bu gün AXCP Gənclər Təşkilatının bir qrup üzvü “Azadlıq” qəzetinin 18 illiyinə həsr olunmuş bir neçə dəqiqəlik aksiya keçirib.
Söz azadlığının müdafiəsi ilə bağlı şüarlar səsləndirən və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edən gənclərin aksiyası qəzetin keçmiş binası qarşısında, Xaqani 33 ünvanında keçirilib. Aksiya iştirakçıları əllərində “Azadlıq” qəzetinin həbs edilmiş baş redaktoru Q.Zahidovun və əməkdaşı, jurnalist satirik Mirzə Sakitin şəkillərini və qəzetin ilk nömrəsini əks etdirən plakatlar tutublar. Aksiya insidentsiz başa çatıb.