Xatırladaq ki, məhkəmə çəkişməsinə səbəb telekanal əməkdaşlarının dövlət qulluqçusu kimi aldıqları təqaüdün 2006-cı ilin avqustundan dayandırılmasıdır. Bununla yanaşı telekanal əməkdaşlarının məhkəməyə üz tutmasının digər bir səbəbi isə Dövlət Sosial Müdafiə Fondunun təqaüdün verilib-verilməməsinə aydınlıq gətirməməsidir. Dekabrın 19-da keçirilən proses zamanı vəkil Əyyub Kərimov televiziya işçilərinin təqaüd almalarının qanuni olub-olmamasını müəyyənləşdirmək üçün Yasamal Rayon Məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinə sorğunun göndərilməsi ilə bağlı vəsatət qaldırmışdı.