HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Bu gün (13 aprel) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ayəndə Mürsəliyeva özü məlumat verib. Onun sözlərinə görə, baş redaktorun səhhəti normaldır və saxlanma şəraitindən heç bir şikayəti yoxdur. O, həmçinin Q.Zahidin “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitin (Sakit Zahidov) azad olunmasından çox sevindiyini söyləyib.
A.Mürsəliyeva bildirib ki, Q.Zahid Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserin Azərbaycana səfərini səbirsizliklə gözləyir və onunla görüşmək arzusundadır. A.Mürsəliyeva  həmçinin baş redaktora “Azadlıq” və digər qəzetləri apardığını vurğuladı.
Xatırladaq ki, Q.Zahid CM-in 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay , CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətində azadlıqdan məhrum edilib.
Previous Post

MİRZƏ SAKİT ANDRES HERKELLƏ GÖRÜŞÜB

Next Post

SUMQAYITDA MƏTBUATA DƏSTƏK MƏQSƏDİ İLƏ AKSİYA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.