Aktyorun çəkiliş aparmasına maneçilik törədilib

Ilqar-Cahangir-1

Aprelin 9-da “Oda” teatrının rəhbəri, aktyor İlqar Cahangir Nəqliyyat Departamentinin əməkdaşlarının təhqirinə məruz qalıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) aktyorun özü məlumat verib.

İ. Cahangir bildirib ki,  bu gün təxminən 11 radələrində Bakı Beynəlxalq Avtovağzalında bir nəfər şəxsə qarşı kobudluq edildiyini görüb və ona kömək etmək istəyib.

“Vətəndaşa qarşı kobudluq edilirdi sənədləri əlindən alınırdı, mən də mane olmağa çalışdım və mobil telefonu ilə bu pozuntunu çəkmək istədim.  Ancaq telefonumu aldılar və kartı da çıxartdılar. Bu şəxslər məni təhqir və təhdid etməyə başladılar. Mən kimlikləri barədə soruşanda bildirdilər ki, Nəqliyyat Departmentinin işçiləridir, ancaq hər hansı sənəd göstərmədilər”, deyə İlqar Cahangir qeyd edib.

Aktyor onu da qeyd edib ki,  bu hadisə barədə Nəqliyyat Departamentinə şikayət edəcək.

Previous Post

Anar Məmmədliyə qarşı cinayət işi məhkəməyə göndərilib

Next Post

Məhkəmə iş üçün əhəmiyyətli ola biləcək vəsatətləri təmin etmir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.