Anar Məmmədliyə qarşı cinayət işi məhkəməyə göndərilib

anar

Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən Nəsimi rayon məhkəməsinin imtinası ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib.

Onu da qeyd edək ki, A.Məmmədliyə, SMDT-nin icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova qarşı cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Yaxın günlərdə bu işə baxacaq hakim heyəti məlum olacaq, ayın ortalarında hazırlıq iclası keçiriləcək.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Amnesty İnternational Anar  Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq- müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatla çıxış edib.

Previous Post

Deputat həbsdəki jurnalistin əfvi üçün prezidentə müraciət göndərib

Next Post

Aktyorun çəkiliş aparmasına maneçilik törədilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.