Məhkəmə iş üçün əhəmiyyətli ola biləcək vəsatətləri təmin etmir

398327_525389854153700_112437647_n

Aprelin 14-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə  növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində şahidlər dindirilməli idi, ancaq həmin şahidlər məhkəmə prosesinə gəlməyiblər. 

Prosesdə müdafiə tərəfi Rusiyada “Makarov” tapançası istehsal edən zavoda  bu işdə adı keçən silahların hansı ölkəyə verilməsi barədə arayış verməsi üçün sorğu göndərilməsini barədə vəsatət qaldırsa da, bu vəsatət rədd edilib.

Eyni zamanda müdafiə tərəfi 2800 dolların məhkəməyə gətirilməsi və üzərindəki barmaq izlərinin Pərviz Həşimliyə aid olub-olmamasının müəyyən edilməsi  haqqında da  vəsatət qaldırıb və bu zaman məlum olub ki,  pullar Milli Təhlükəsizlik Nazirliyinin xəzinədarlığına verilib.

Növbəti məhkəmə 17 aprel tarixində keçiriləcək.

Onu da qeyd edək ki, vəkil Elçin Sadıqov RATİ-yə  Pərviz Həşimli barəsində həbs-qətimkan tədbirinin qanunsuz hesab edilməsi, həbs-qətimkan tədbirinin girovluqla əvəz edilməsi, evində və iş yerində axtarışın qanunsuz hesab edilməsi, işgəncəyə məruz qalması və müdafiə hüququnun pozulması ilə bağlı verilmiş şikayət və vəsatətlərinin  yerli məhkəmə instansiyalarında təmin edilmədiyi üçün bu qərarlardan Avropa Məhkəməsinə şikayət etdiklərini bildirib.

 Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin228.2.2-ci  (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb.

Previous Post

Aktyorun çəkiliş aparmasına maneçilik törədilib

Next Post

QHT əməkdaşına cinayət işi açılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.