Hüquq müdafiəçisinə qarşı əlavə ittiham irəli sürülüb

hesen

Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə aprelin 24-də yeni məzmunda ittiham elan olunub. Bu barədə bu gün (25 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Həsən Hüseynli məlumat verib.

H. Hüseynli bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə)  maddəsi ilə əlavə ittiham verilib və bu  ittihamın qondarma işin davamı adlandırıb.

“Ekspertin  verdiyi rəyə görə bıçaq soyuq silahdır və buna görə də mənə qarşı 221.3-cü maddə ilə yanaşı yeni ittiham da irəli sürülüb. Mən vəkillərimin iştirakı ilə yenidən dindirildim və əvvəl də qeyd etdiyim kimi özümü təqsirli saymadığımı bildirdim. Güman edirəm ki, istintaq gələn həftə bitəcək ”, -deyə hüquq müdafiəçisi qeyd edib.

Hüquq müdafiəçisinin vəkili  Əlaif Həsənov RATİ-yə bildirib ki, Hüseynlinin işini aparan müstəntiqin  işdən uzaqlaşdırılması barədə Baş Prokurorluğa göndərdiyi vəsatət təmin edilməyib.

Vəkil onu da qeyd edib ki, Həsən Hüseynlinin qanunsuz saxlanması ilə bağlı Gəncənin Nizami Rayon Məhkəməsinə verdikləri şikayətə aprelin 28-də baxılacaq.

Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il  martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı.  O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb.  Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Previous Post

Facebook fəalı Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə keçirilib

Next Post

Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.