Facebook fəalı Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə keçirilib

abdul

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Facebook fəalı ƏbdülƏbilovun cinayət işi üzrə  məhkəmə prosesi  keçirilib.

İclasın əvvəlində dövlət ittihamçısı Ramin Nağdəliyev ittihamı oxuyub.

Əbilovu saxlayan əməliyyat qrupunun rəhbəri, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Müzəffər Məmmədov ifadə verərək bildirib ki, polislər Əbilovu saxlayaraq, üzərində qanunsuz əşyalar olub-olmadığını soruşublar, o, cibindən içərisində narkotik olan paket çıxarıb və onu “tapdığını” söyləyib.

Məmmədov onu da əlavə edib ki, Əbilov saxlanan zaman bildirib ki, evdə daha bir paketi var, bundan sonra əməliyyatçılar evə çıxıblar və təqsirləndirilən şəxs gödəkcəsindən digər paketi çıxarıb.

Əməliyyatçının sözlərinə görə, Əbilov doğmalarını narahat etməməyi, polisə getməyi və orada protokol tərtib etməyi xahiş edib.

İfadə zamanı Məmmədov axtarış zamanı videoçəkiliş aparıldığını inkar edib, vəkilin protokolda bu barədə qeyd edilməsi barədə suala cavab olaraq o bildirib ki, bu hissə protokola  başqa cinayət işindən mətnin köçürülməsi ilə bağlı düşüb.

Məhkəmə zamanı gənc fəal  bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib.  “İstintaq zamanı məndən narkotiklərlə bağlı heç nə soruşmayıblar. Onlar mənim Əli Kərimli və Cəmil Həsənli ilə əlaqələrim haqqında soruşublar”, deyə Əbilov bildirib.

Vəkilin gənc fəallın noutbukunun müsadirə edilməsinin narkotik ittihamı ilə nə bağlılığı olması barədə suala  7 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşından heç bir aydın cavab verə bilməyib.

Növbəti əməliyyatçı İbrahim Kazımovun çıxışı zamanı Əbilov bu insanın axtarış zamanı iştirak etmədiyini və həmin şəxsin Cinayətkarlıqla Mübarizə İdarəsində dəyənəklə onu döyərək zorla ifadə aldığını bildirib.

Hakimin şahidə təfsilatı “xatırlamaqda” kömək etmək cəhdləri zalda narazılığa səbəb olub və jurnalist Xədicə İsmayılova hakimə bunu göstərdiyi üçün zaldan çıxarılıb.

Məhkəmə zamanı dindirilən hal şahidi  öz iş yeri barədə məlumat verə və eyni zamanda Əbilovun mənzilini təsvir edə bilməyib.

Qeyd edək ki, proses mayın 1-də davam etdiriləcək.

Xatırladaq ki, Facebook fəalı Əbdül Əbilov noyabrın 25-də CM-nin  234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədilməklə, 5 ildən 12 ilədək həbs nəzərdə tutulur) ittiham edilir. Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Əbilov Facebook-da “Yaltaqlara dur deyək” səhifəsi yaradıb və o, saxlanıldıqdan sonra səhifə bağlanıb. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Previous Post

Jurnalistin məhkəməsi davam edir

Next Post

Hüquq müdafiəçisinə qarşı əlavə ittiham irəli sürülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.