Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

rauf

Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində  dövlətə xəyanət ittihamı ilə tutulan jurnalist Rauf Mirqədirovunbarəsində həbs qətimkan tədbirinin seçilməsi ilə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Məhkəmədən sonra açıqlama verən vəkil Fuad Ağayev bildirib ki, məhkəmə heç bir qanuni əsas olmadan Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə razılaşmayıb.

Onu da qeyd edək ki, aprelin 25-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu jurnalistlə görüşmək üçün Milli Təhlükəsizlik Nazirliyinə və Baş Prokurorluğa müraciət göndərib.

Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub.  Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Previous Post

Hüquq müdafiəçisinə qarşı əlavə ittiham irəli sürülüb

Next Post

Müxalif qəzetin jurnalisti vəhşicəsinə döyülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.