VALİDEYNLƏRİ ADNAN HACIZADƏ VƏ EMİN MİLLİ İLƏ GÖRÜŞÜBLƏR

Bu gün (26 noyabr) Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılan gənc bloqçu Emin Millinin (Abdullayev) valideynləri Paşa Abdullayev və Natella Abdullayeva onunla görüşüblər.

“Azadlıq” radiosunun məlumatına görə, valideynlər gənc fəalın səhhətindən və saxlanma şəraitindən narazılıq etmədiyini deyiblər.

Dünən (25 noyabr) Hikmət Hacızadə Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Adnan Hacızadə ilə görüşüb. H.Hacızadə gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.

 
 Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Previous Post

SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİ HESABAT AÇIQLAYIB

Next Post

“HÜRRİYYƏT QƏZETİNİN REDAKTORUNUN OĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.